““Baykar” və Küveyt Müdafiə Nazirliyi arasında “Bayraktar TB-2”nin ixracı üçün müqavilə imzalanıb. 2019-cu ilin iyul ayından davam edən prosesdə Amerika, Avropa və Çindən önəmli şirkətlərin yer aldığı müsabiqənin qalibi Türkiyənin “Baykar” şirkəti olub”.
Bu barədəinnews.media “Baykar” şirkətindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq aləmdə özünü doğrultmuş “Bayraktar TB-2” üçün Küveyt Müdafiə Nazirliyi ilə 370 milyon dollarlıq müqavilə imzalanıb. Beləliklə, “Bayraktar TB-2” üçün ixrac müqaviləsi imzalanan ölkələrin sayı 28-ə çatıb.
Qeyd edək ki, “Baykar” və Küveyt Müdafiə Nazirliyi arasında proses 2019-cu ildə başlayıb. Amerika, Avropa və Çin şirkətlərinin də iştirak etdiyi rəqabət prosesinin qalibi Türkiyənin milli S/PUA-sı “Bayraktar TB-2” olub. “Bayraktar TB-2” S/PUA 2019-cu ilin iyul ayında Küveytdə demo uçuşunda böyük uğur qazanıb. Yüksək temperatur, qum fırtınası kimi çətin coğrafi-iqlim şəraitində 27 saat 3 dəqiqə fasiləsiz uçaraq, o vaxt özünə məxsus havada qalma rekordunu qırıb.