logo
Ceyhun Məmmədov: "Prezidentin BƏƏ-ə səfəri bölgədə cərəyan edən son hadisələr fonunda xüsusi əhəmiyyət daşıyır"

Ceyhun Məmmədov: "Prezidentin BƏƏ-ə səfəri bölgədə cərəyan edən son hadisələr fonunda xüsusi əhəmiyyət daşıyır"

Ceyhun Məmmədov: "Prezidentin BƏƏ-ə səfəri bölgədə cərəyan edən son hadisələr fonunda xüsusi əhəmiyyət daşıyır" Ceyhun Məmmədov: "Prezidentin BƏƏ-ə səfəri bölgədə cərəyan edən son hadisələr fonunda xüsusi əhəmiyyət daşıyır"

Prezident İlham Əliyevin BƏƏ-ə səfəri bölgədə cərəyan edən son hadisələr fonunda xüsusi əhəmiyyət daşıyır. Azərbaycan son dövrlər ərəb ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində ciddi  addımlar atır və hazırda buna ciddi ehtiyac var.

Bu gün Azərbaycanla BƏƏ arasında  əməkdaşlıq bütün sahələrdə ən yüksək səviyyədədir. Dövlət qurumları arasında 30-a yaxın sənəd imzalanıb. Beynəlxalq platformalarda da hər iki dövlət bir-birinə hər zaman yüksək dəstək nümayiş etdirib. BƏƏ hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

Hazırkı səfər həm geniş siyasi məsləhətləşmələr aparılması, həm də yeni sərmayələrin cəlbi edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm səfərin çox ciddi nəticələri olacaq.

Onu da qeyd edək ki, bu gün bölgədə ən çox diqqətlə izlənən məsələlərdən biri də İranda cərəyan edən hadisələrdir. İran özünün həyata keçirdiyi qeyri-dost siyasəti nəticəsində  Azərbaycanla olduğu kimi, BƏƏ ilə də müəyyən problemlər yaşayır və İranın siyasəti bölgə dövlətlərini bu baxımdan da ciddi narahat edir.

Son dövrlər İsrail Türkiyə münasibətlərinin normallaşması fonunda bölgədə yeni əməkdaşlıq imkanları yaranıb. Son illər BƏƏ-də İsraillə münasibətlərin normallaşması məqsədilə bir sıra mühüm addımlar atıb. Bütün bu yeni tendensiyalar bölgədə təhlükəsizliyi təmin etmək üçün yeni imkanlar yaradır. Bölgənin gələcəyini düşünən dövlətlərin bir yolu var o da sıx əməkdaşlıq. Prezident İlham Əliyevin nümunəsində Azərbaycan bunu uğurla icra edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media