logo
Ceyhun Məmmədov: "Ölkəmizdə sosial siyasət uğurla icra olunur"

Ceyhun Məmmədov: "Ölkəmizdə sosial siyasət uğurla icra olunur"

Ceyhun Məmmədov: "Ölkəmizdə sosial siyasət uğurla icra olunur" Ceyhun Məmmədov: "Ölkəmizdə sosial siyasət uğurla icra olunur"

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırlması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bu addımların atılmasının əsas məqsədi ölkə əhalisinin rifah halının daha da yaxşılaşıdırlmasıdır. 

2023-cü ildə minimum əməkhaqqının 15% artırılaraq 345-ə, minimum pensiyanın 16,7 faiz artırılaraq 280, şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləğinin 600 manata çatdırlması, ötən il 1500 şəhid ailəsinin evlə təmin olunması, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin 2023-cü il yanvarın 1-dən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz), orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz), orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 (üç yüz otuz) manata qaldırlması, yaşa görə sosial müavinətin məbləğinin 220 (iki yüz iyirmi) manat müəyyən edilməsi, eləcə də digər kateqoriyadan olan insanların müavinətlərinin artırılması dövlətimizin sosial yönümlü siyasət həyata keçirdiyini bir daha təsdiq edir.   

Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra dövlət qurumlarınının əməkdaşlarının maaşlarının artırılması dövlət qurumlarında çalışan ölkə vətəndaşlarına dövlətimizin qayğısının növbəti təzahürüdür. Dünyada baş verən qiymət artımı fonunda bu addımların atılması xüsusi önəm daşıyır.  

Həmçinin, AMEA-nın əməkdaşlarının maaşlarının qaldırılması, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğlərinin 2023-cü il yanvarın 1-dən artırılması dövlətimizin elm və təhsilimizə xüsusi qayğı ilə yanaşdığını bir daha göstərir.

Onu da nəzərə almaq lazımdır ki, bütün bu işlər Qarabağ və Zəngəzurda həyata keçirilən abadlıq və quruculuq işləri, ordumuzun müdafiə qabiliyyətinin gücləndirilməsi fonunda həyata keçirilir. Bu onu göstərir ki, dövlətimiz heç bir sahəni diqqətdən kənarda qoymur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media