logo
Qarlı hava meşə əkinlərinə müsbət təsir göstərib

Qarlı hava meşə əkinlərinə müsbət təsir göstərib

Qarlı hava meşə əkinlərinə müsbət təsir göstərib Qarlı hava meşə əkinlərinə müsbət təsir göstərib

Son günlər ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti yeni əkilmiş meşə əkinlərinə və səpinlərinə öz müsbət təsirini göstərib. Belə ki, bu yağıntılar bölgələrdə, xüsusilə dəmyə şəraitində əkilmiş meşə əkinlərinin kifayət qədər sulanmasına səbəb olub. Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

Mütəxəssisin sözlərinə görə, yağan qar təbii örtük olaraq yeni əkilmiş ağac tinglərinin kök sistemlərini şaxtalı havanın təsirindən qoruyur və ağacların yaz aylarında başlayacaq bioloji inkişaf dövrü üçün ehtiyat su mənbəyini təşkil edir.

“Qış aylarının yağıntılı keçməsi ilin digər mövsümlərində də bitkilərin normal inkişafı üçün kifayət qədər su ehtiyatının toplanmasını təmin edən ən vacib amillərdən biridir”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media