logo
Lalə Məmmədova "Darıxmışam" adlı yeni albomunu təqdim edib - VİDEO

Lalə Məmmədova "Darıxmışam" adlı yeni albomunu təqdim edib - VİDEO

Lalə Məmmədova "Darıxmışam" adlı yeni albomunu təqdim edib - VİDEO Lalə Məmmədova "Darıxmışam" adlı yeni albomunu təqdim edib - VİDEO

Məşhur müğənni bir müddətdir üzərində çalışdığı altı mahnıdan ibarət musiqi layihəsini bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verib.

Sözügedən alboma “Darıxmışam”, “Gözümdə Leylisən”, “Gülə gülə”, “Əsmərim”, “Nağılçı”, “Səni sevirəm” mahnıları daxildir.

Layihənin baş prodüseri Elnur Həsənov, fotoların müəllifi Orçun Mutludur. Türkiyədə lentə alınan şəkillər üçün geyimləri Yüksel Özgür və Georgi Devderiani hazırlayıb.

Köhnə mahnıları Mahir Ordubadi və Eşqin Ağayev yenidən aranjıman edib.

Albomun iki mahnısı ekranlaşdırılıb. Sözügedən kliplərin müəllifi Orçun Mutludur və ekran işləri tezliklə ictimaiyyətə təqdim olunacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media