logo
Azərbaycanın səfiri etimadnamələrin surətini Kubanın xarici işlər nazirinin müavininə təqdim edib

Azərbaycanın səfiri etimadnamələrin surətini Kubanın xarici işlər nazirinin müavininə təqdim edib

Azərbaycanın səfiri etimadnamələrin surətini Kubanın xarici işlər nazirinin müavininə təqdim edib Azərbaycanın səfiri etimadnamələrin surətini Kubanın xarici işlər nazirinin müavininə təqdim edib

5 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Kuba Respublikasına yeni təyin olunmuş səfiri Ruslan Rzayev etimadnamələrin surətini bu ölkənin xarici işlər nazirinin müavini Elio Eduardo Rodriqez Perdomoya (Elio Eduardo Rodríguez Perdomo) təqdim edib. 

Görüş zamanı nazir müavini Kuba hökumətinin Azərbaycanın bu ölkədə səfirlik təsis etməklə bağlı qərarını yüksək qiymətləndirdiyini qeyd edərək səfiri yeni təyinatı münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə həmçinin Azərbaycan və Kuba arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı iqtisadi, tibb, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

footer
Top