https://innews.media/uploads/news/2023-01/_innews_264a97adc7369a75cae1223b8_o.jpg
Eyyub Yaqubov və "BİG BAND SOUND PRO" çox saylı istəkləri nəzərə alaraq yenidən, tam fərqli bir şou ilə tamaşaçıların görüşünə gəlir!
innews.media xəbər verir ki, paytaxtımızda yaradılan möhtəşəm big bandin müşaiyəti ilə respublikanın xalq artistləri Eyyub Yaqubov, Cavan Zeynallı və orkestrın bədii rəhbəri Fuad Musayev konsert proqramı ilə çıxış edəcək!
Qeyd edək ki, musiqili geə, 15-16 fevral, saat 20:00 Heydər Əliyev sarayında baş tutacaq.
Xatırladaq ki, ötən ildə Eyyub Yaqubov, Cavan Zeynallı və Fuad Musayev, BİG BANDin iştirakı ilə dövlət təhlükəsizlik xidmətinin mədəniyyət evində iki gün, Heydər Əliyev sarayında dörd gün, gəncə filarmoniyasının səhnəsində bir gün, yaşıl teatrda iki gün və SEA BREAZE səhnəsində bir günlük möhtəşəm konsert proqramı ilə çıxış etmişdilər.
Ən son xəbərləri səhifəmizdən də izləyin