https://innews.media/uploads/news/2023-01/_innews_636e95baa2b670ab5a7603ca4_o.jpg
Özümə arzulayıram ki, qızım məni tez-tez sevindirsin. Və buna da inanıram. Nəinki o mənə söz verib.
innews.media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Düzünə qalsa" verilişində qonaq olarkən deyib.
Mən inanıram ki, övladım uğurludur. Qızlar üçün uğurlu olmaq elə vacibdir ki. Qızlarımız heç vaxt zəifləməsinlər heç bir halda. Ağlayırıq sonra heç nə olmamış kimi özümüzü toparlayırıq. Qızım Fidan üçün darıxıram. 16 yaşından indiyə kimi biz il boyu davamlı yaşaya bilmirik. O təhsil alır. Amma onun varlığı, uğurlu, sağlam olması məni o qədər sakitləşdirir ki. Çox adam soruşur ki, bir övladın var, niyə darıxmırsan? Deyirəm əlbəttə ki, darıxıram. Onun uğuru, karyerası hər şeydən üstündür. Mən darıxmaqla ona nə verəcəm ki? Hə, gəlsin, otursun dizimin dibində. Mən eqoist valideyn olmaq istəmirəm. Dünyaya gətirmək övladı tanımaq demək deyil. Fidanın ən azı mənim qədər istedadı, maraqlı səs rəngi olsaydı ifaçı olmağına, kömək edərdim fərqi yoxdur hobbi və ya peşəkar kimi..."
Ən son xəbərləri səhifəmizdən də izləyin