logo
"Kişinin bir gecəlik səhvi xəyanət deyil" - VİDEO

"Kişinin bir gecəlik səhvi xəyanət deyil" - VİDEO

"Kişinin bir gecəlik səhvi xəyanət deyil" - VİDEO "Kişinin bir gecəlik səhvi xəyanət deyil" - VİDEO

"Siz xəyanət nəyə deyirsiniz? Kişinin bir gecə təsadüfən hansısa hərəkətinə? Təsadüfdürsə, xəyanət deyil. İndi kişilər məni alqışlayacaq. Artıq qadın olaraq mən başqa səviyyədən danışıram".

innews.media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Düzünə qalsa" verilişində qonaq olarkən deyib.

"Əvvəla, xəyanət evin içinə giribsə, orada öncə münasibətləri araşdırmaq lazımdır. Yox əgər sevgi bitməyibsə, insan halıdır. İnsan səhv edə bilər. Allah izn verməsə idi, səhv, günah, xəta olmazdı yer üzündə. İdeal insan yoxdur. Burada önəmli bir məsələ var. Qəsdənmi edib, yoxsa nə edibsə, o mənim gözümdəmi xəyanət sayılır?! Qəsdən edibsə, heç. Yox əgər, bilərəkdən deyil, düşünmədən olubsa, orada hər kəsin yanaşması fərqli olacaq artıq. Ailə var ki, elementar şeylərdən elə böyük "skandal" çıxarır, ailələr də var ki, elə ciddi məsələlərə dözüblər ki, fədakarlıq edərək! Mən dəhşətə gəlirəm ki, ay ana, bu fədakarlıq sənə lazım idi? Qurban getdi sənin ömrün. Sən ikinci dəfə yaşayacaqsan, bunları düzəltmək üçün!? Axırda da deyirlər ki, dözməyərdin. Dəyər, qiymət vermir kişilər. Xırda bir şeydən fil düzəldirik, amma ciddi məsələyə niyə dözürsən? Sənə kimsə gətirib ömrünü bağışlamayacaq ki, gəl təzədən yaşa! Belə şey yoxdur!

Bir qadın özünə dəyər verəndən sonra görkəmində dəyişiklik edir. Qadının gözəlliyi onda üzə çıxacaq ki, özünə olan münasibətini düzəldəcək, dəyər verəcək özünə. Eqo ilə özünüzə dəyərin fərqini yaxşı başa düşün. Kim başa düşür ağıllı qadın və ya kişidir. Özünə dəyər verən insan şükür edən biridir. Kiminsə ərini və ya briliant üzüyünün qaşını qısqanmayın. Ana, vətəndaş, övlad, qadın, peşəkar kimi fədakar olmalısan amma bunun da öz dozası var..."

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media