https://innews.media/uploads/news/2022-12/_innews_686a9e59409fe2e2b8d7e4831_o.jpg
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində gün ərzində ümumilikdə 65 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, işlənmiş batareyaların toplanması bu gün “BRAVO”, “ARAZ” supermarketlər şəbəkələrində və “Paşa Həyat Sığorta”da keçirilib.
““ETSN və “Qırmızı Ürəklər” Fondu tərəfindən may ayından start verilmiş layihə çərçivəsində bugünədək ümumilikdə 297 kq işlənmiş batareya toplanıb”.
S.Məmmədovanın sözlərinə görə, ən aktiv məntəqələr “BRAVO” marketlər şəbəkəsinin 20 Yanvar (99,5 kq), 28 Mall (50 kq) və Gənclik Mall (45,5 kq) filialları olub.
Layihə çərçivəsində müxtəlif dövlət qurumlarında, “Bravo”, “Araz”, “Neptun”, “Rahat”, “Bazarstore” marketlərdə, “Paşa Həyat”, “Access Bank”, “Yapı Kredi Bank Azərbaycan”da qutular yerləşdirilərək məntəqələrin sayı 150-yə çatdırılıb.
S.Məmmədova aksiyaya dəstək verən bütün vətəndaşlara təşəkkür edərək bir daha hər kəsi tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə, təhlükəli və istifadəyə yararsız batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin