logo
"İnnoMEDİA" layihəsi çərçivəsində növbəti seminarlar keçirilib

"İnnoMEDİA" layihəsi çərçivəsində növbəti seminarlar keçirilib

"İnnoMEDİA" layihəsi çərçivəsində növbəti seminarlar keçirilib "İnnoMEDİA" layihəsi çərçivəsində növbəti seminarlar keçirilib

“İnnoMEDİA” layihəsi çərçivəsində  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri şöbəsinin müdiri Ləman İsgəndərova ilə “Mediada innovasiyalar: MEDİA Agentliyi tərəfindən bu istiqamətdə aparılan işlər” və tanınmış teleaparıcı Nərgiz Cəlilova ilə “Yeni mediada audiovizual tendensiyalar” mövzularında seminar baş tutub.

Ləman İsgəndərova iştirakçılara Agentlik tərəfindən reallaşdırılan layihələr, çap mediası məhsullarının rəqəmsal yayım platforması olan “E-köşk”, rəqəmsal dövrdə mediada hiss edilən ehtiyaclar və bu istiqamətdə həyata keçirilən inkişaf proqramları haqqında ətraflı məlumat verib. Proqramın davamında Nərgiz Cəlilova iştirakçılara televiziya jurnalistikasının əsasları, nitq və efir mədəniyyəti, bu sahədə olan yeniliklərdən danışıb.

Seminar interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb və iştirakçıların ünvanladığı suallar qonaqlar tərəfindən cavablandırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin