logo
Mayor Fərid Ələkbərovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

Mayor Fərid Ələkbərovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

Mayor Fərid Ələkbərovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib Mayor Fərid Ələkbərovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Ə.Əmirov Mədəniyyət Sarayının təşkilatçılığı ilə 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhid olan Mayor Fərid Ələkbərovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə  Baş İdarənin rəis müavini Nazim Əliyev,Qaradağ rayon İcra Hakimiyyətinin mümayəndələri, şəhidin ailə üzvləri, tələbələri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak edib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcı Əməkdar artist Ağalar Bayramov qonaqları salamlayaraq tədbiri açıq elan edib və şəhid Fərid Ələkbərovun həyat yolundan, qəhrəmanlıqlarından bəhs edib. Bildirib ki, Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Sonra  Qaradağ Rayon İcra Hakimiyyətinin  şəbə müdiri Munis Əliyev,  Leytenant qazi Mobil Əhmədov, Mayor Elxan İmranov, Yasamal rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Samir İsmiyev,  “Xalq” qəzetinin redaktoru Tahir Aydınoğlu və  şəhidin ailə üzvləri çıxış edərək  mayor Fərid Ələkbərovun müəllim kimi hərbi məktəbdə fəaliyyətindən, onun həm peşəkar hərbçi, həm də əsl pedaqoq olaraq tələbələri tərəfindən sevildiyindən söhbət açıblar.

Çıxışlardan sonra Əmirov adına Mədəniyyət Sarayının hazırladığı şəhid Fərid Ələkbərovun xatirəsinə həsr olunmuş qısametrajlı film nümayiş olunub.

Sonda Şəhidin ailəsinə  Mədəniyyət Sarayı adından Fərid Ələkbərovun portreti hədiyyə olaraq təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media