logo
Şuşa, Kəlbəcər və Laçında hava şəraiti

Şuşa, Kəlbəcər və Laçında hava şəraiti

Şuşa, Kəlbəcər və Laçında hava şəraiti Şuşa, Kəlbəcər və Laçında hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Şuşa,  Kəlbəcər və Laçında dekabrın 17-də  hava şəraitinin  gün ərzində arabir az yağıntılı olacağı, axşam isə əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 3 dərəcəyədək şaxta olacaq.

Dekabrın 18-də hava şəraitinin  yağmursuz keçəcəyi, səhər və axşam arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 3-8 m/s olacaq. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacaq.

Dekabrın 19-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, arabir  duman olacağı gözlənilir. Zəif şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media