logo
Avropa ittifaqı ölkələrinə daxil olan tələbələr Azərbaycana təhsil almağa gəlirlər

Avropa ittifaqı ölkələrinə daxil olan tələbələr Azərbaycana təhsil almağa gəlirlər

Avropa ittifaqı ölkələrinə daxil olan tələbələr Azərbaycana təhsil almağa gəlirlər Avropa ittifaqı ölkələrinə daxil olan tələbələr Azərbaycana təhsil almağa gəlirlər

"Pandemiya sonrası Avropaya üz tutan xeyli tələbə, elm adamları olduğundan viza məsələsində problemlər var. Ümid edirik ki, bu da yaxın vaxtlarda həllini tapacaq".

innews.media  xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təhsil sahəsində rekord nəticə əldə edilib.

Peter Mixalko: “25 universitetin iştirak etdiyi 3 layihədə Aİ-nin "Erasmus" proqramı üzrə dəstək nəzərdə tutulur. 5 universitetinin təqdim etdiyi layihə Avropa proqramı tərəfindən dəstəklənib.

Təhsil modullarının yaradılması üçün onlar nailiyyətlər əldə edib. Avropa ittifaqı ölkələrinə daxil olan tələbələr Azərbaycana təhsil almağa gəlirlər. Pandemiyadan sonra bu sahədə canlanma müşahidə edirik. Koronavirusdan sonra Avropa təhsil yarmarkası keçirilib.

Avropada oxumaq üçün tələbələr böyük səy göstərirlər. Burada hökumətin və Avropa ittifaqının nəzərdə tutduğu proqramlar mövcuddur. "Horizon" proqramı çərçivəsində tələbələr aparıcı təhsil ocaqları ilə əməkdaşlıq edə, tədqiqat işlərini həyata keçirə bilərlər”.

Piter Mixalko, həmçinin qeyd edib ki, Pandemiyanın geridə qalmasından şadıq. Avropaya üz tutan tələbə, professor heyətinin sayı artmaqdadır. Pandemiyadan sonra kəskin şəkildə artıma görə viza müraciətinin də sayı yüksəkdir. Ümid edirik ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq. Bu hal Avropa ölkələrinin diqqət mərkəzindədir. Problemin həlli üçün işlər görəcəyik.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media