logo
Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti

Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti

Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 14-də Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Havanın temperaturu gündüz  1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyədək şaxta olacaq. Qərb küləyinin sürəti 2-6 m/s təşkil edəcək.

Dekabrın 15-də dəyişkən buludlu, əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Qərb küləyinin sürəti 2-5 m/s olacaq.

Dekabrın 16-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq, gündüz az qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Qərb küləyi əsəcək, sürəti 2-6 m/s təşkil edəcək.

Dekabrın 17-də əsasən yağmursuz, arabir dumanlı hava şəraiti  müşahidə olunacaq. Lakin 16-dan 17-nə keçən gecə az qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 3 dərəcəyədək isti, qərb küləyinin sürəti 3-8 m/s olacaq.

Dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacaq. Şərq küləyi əsəcək, sürəti 2-6 m/s təşkil edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media