logo
Torpaq çərşənbəsi günündə 22 min ağac əkilib - FOTO

Torpaq çərşənbəsi günündə 22 min ağac əkilib - FOTO

Torpaq çərşənbəsi günündə 22 min ağac əkilib - FOTO Torpaq çərşənbəsi günündə 22 min ağac əkilib - FOTO

Torpaq çərşənbəsində, Novruzun ən əlamətdar günündə ağacəkmə ənənəsini davam etdirdik, genişmiqyaslı ağacəkmə tədbirləri və ting paylama aksiyaları ilə ilaxır çərşənbəni qeyd etdik. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O qeyd edib ki, ilaxır çərşənbə günü  ağacəkmə tədbirləri Bakının Xocasən qəsəbəsində, eyni zamanda, Zaqatala, Şəki, Ağstafa, Şirvan, Masallı rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında keçirildi və ümumilikdə 22 000 müxtəlif cinsli ağac əkilərək yaşıllaşdırma ənənəsinin davam etməsinə bir daha töhfə verildi.

“Vətəndaşlarımızı da ağac əkməyə təşviq etmək məqsədilə bu gün əhaliyə Nazirliyin tinglik sahələrində yetişdirilən müxtəlif cinsli ağac tingləri hədiyyə edildi”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media