logo
Berlində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - VİDEO

Berlində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - VİDEO

Berlində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - VİDEO Berlində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - VİDEO

Azərbaycanın Almaniyadakı səfirliyi 12 dekabr 2022-ci il tarixində Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı anım tədbiri keçirib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdəki çıxışında Ümummilli Lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə nəzər salıb, onun müasir Azərbaycan dövlətçiliyinin qurulmasındakı əvəzsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Azərbaycanı firəvan, qüdrətli və sözün əsl mənasında müstəqil görmək onun həyat amalını təşkil edib. O, müstəqilliyimizin ilk illərində ölkəmizin qarşılaşdığı ciddi problemlərdən məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində qurtulduğunu söyləyib. Səfir, həmçinin qeyd edib ki, Ulu Öndərin sayəsində təşəkkül tapmış və möhkəmlənmiş müasir Azərbaycan dövlətçiliyi hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında öz inkişaf və yüksəliş yolunda inamla irəliləməkdədir. N.Ağayev iki il öncə Ulu Öndərin vəsiyyətinin reallaşdığını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb.

Anım tədbirində Almaniyada fəaliyyət göstərən musiqiçilərimiz - pianoda Nərmin Nəcəfli və skripkada Fəridə Rüstəmovanın ifasında tanınmış Azərbaycan bəstəkarları - Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, habelə  xarici bəstəkarların musiqi əsərləri səsləndirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media