https://innews.media/uploads/news/2022-12/_innews_0301addd989beb12e1d42258f_o.jpg
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları Latviya Universitetində ezamiyyə səfərindədirlər.
Ümumi şöbəsinin müdiri dos. Rəşad Muradov və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin mütəxəssisi Mirlazım Dadaşov Erasmus+ proqramı çərçivəsində inzibati heyət üçün təşkil olunmuş mobillik proqramında iştirak etmək məqsədi ilə Latviya Universitetində işgüzar səfərdədirlər.
Proqrama müvafiq olaraq ilk öncə Mobillik Departamentinin müdiri Sintija Maculevica ilə görüşən əməkdaşlara Mobillik proqramı haqqında geniş məlumatlar təqdim edilmişdir. Universitetlərarası mübadilələrin əhəmiyyəti və gələcək faydaları haqqında fikir mübadiləsi aparılıb. Əməkdaşlarımıza 1919-cu ildən fəaliyyət göstərən Latviya Universitetinin yenilikləri haqqında məlumat verilib.
Əməkdaşlarımız sonra Biznes, menecment və iqtisadiyyat fakültəsinin yerləşdiyi kampusda fakültəsi ilə tanış olublar.
1 həftə davam edəcək səfər müddətində Latviya Universitetinin müxtəlif struktur əməkdaşları ilə, o cümlədən, Erasmus+ proqramı çərçivəsində həmin universitetdə təhsilini davam etdirən UNEC tələbələri ilə görüşlər keçiriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin