logo
Milli Məclisin deputatları beynəlxalq konfransda

Milli Məclisin deputatları beynəlxalq konfransda

Milli Məclisin deputatları beynəlxalq konfransda Milli Məclisin deputatları beynəlxalq konfransda

Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev “MDB ölkələrinin parlament tərəfdaşlığında siyasi partiyaların və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” mövzusunda keçiriləcək III Beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 13-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması tərəfindən təşkil olunmuş tədbirdə MDB-yə üzv ölkələrin deputatları iştirak edəcəklər. Toplantıda parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, bu sahədə təcrübə və informasiya mübadiləsi ilə bağlı müzakirələr aparılacaq.

Konfrans çərçivəsində Rusiya Dövlət Dumasının fraksiyalarında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər dekabrın 16-da başa çatacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media