logo
Genetik Ehtiyatlar İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elm və təhsil üzrə əməkdaşlıq memorandumu imzalanıb

Genetik Ehtiyatlar İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elm və təhsil üzrə əməkdaşlıq memorandumu imzalanıb

Genetik Ehtiyatlar İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elm və təhsil üzrə əməkdaşlıq memorandumu imzalanıb Genetik Ehtiyatlar İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elm və təhsil üzrə əməkdaşlıq memorandumu imzalanıb

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun (GEİ) baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov arasında görüş keçirilib.

Qərbi Kaspi Universitetində baş tutan görüşdə iki təşkilat arasında elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə memorandum imzalanıb.

Hər iki elmi müəssisənin alim və mütəxəssisləri tərəfindən mütəmadi olaraq dəyirmi masaların keçirilməsi, informasiya mübadiləsinin aparılması, müvafiq ixtisaslar üzrə birgə magistrant, doktorant hazırlığı və fənn proqramlarının təkmilləşdirilməsi, yeni dərsliklər, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması, fundamental tədqiqatların genişləndirilməsi məqsədilə yeni metodikalardan istifadə edilməsi üçün zəruri reaktiv və cihazların əldə olunmasına dəstək göstərilməsi Memorandumda öz əksini tapıb. Sənəddə, həmçinin mövcud laboratoriyalarda multidisiplinar tədqiqatların genişləndirilməsi, yerli və beynəlxalq layihələrdə iştirak, birgə elmi konfrans və simpoziumların keçirilməsi və s. sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması da nəzərdə tutulub.

İmzalanma mərasimində GEİ-nin icraçı direktoru, biologiya elmləri doktoru Mehrac Abbasov, Qərbi Kaspi Universitetinin icraçı prorektoru Rəşad Bağırov və universitetin digər məsul şəxsləri də iştirak ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media