logo
MDTF-nun təşkilatçılığı ilə Şəmkirdə keçirilən üçgünlük seminar öz işini davam etdirir

MDTF-nun təşkilatçılığı ilə Şəmkirdə keçirilən üçgünlük seminar öz işini davam etdirir

MDTF-nun təşkilatçılığı ilə Şəmkirdə keçirilən üçgünlük seminar öz işini davam etdirir MDTF-nun təşkilatçılığı ilə Şəmkirdə keçirilən üçgünlük seminar öz işini davam etdirir

Noyabrın 29-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Mənəvi dəyərlərimiz və gənclik" adlı üçgünlük seminar öz işini davam etdirib.

Qazax, Ağstafa, Tovuz və Şəmkirdən olan gənclərin iştirakı ilə keçirilən tədbirin ikinci günündə Şəmkir rayonunda yerləşən Şəhidlər Xiyabanı, Alman İrsi Mərkəzi, yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi kimi qorunan Alman Lüteran Kilsəsi ziyarət edilib. Daha sonra seminar iştirakçıları ilə birlikdə ölkə əhəmiyyətli tarixi abidə olan Şəmkir qalasına ekskursiya təşkil olunub. Tarixi eramızdan əvvəlki dövrlərə gedib çıxan və Arran memarlıq məktəbi üslubunda tikilən qala barəsində gənclərə ətraflı məlumat verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media