https://innews.media/uploads/news/2022-03/_innews_077212e7e5a59b1e3bfdb52a3_o.jpg
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə görüşəcəklər.
”innews.media” xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Nazirin sözlərinə görə, hər iki nazir Antalya Diplomatiya Forumunda iştiraklarını təsdiqləyiblər.
Çavuşoğlu qeyd edib ki, görüş martın 10-da Antalyada Türkiyənin iştirakı ilə üçtərəfli formatda keçiriləcək.