logo
Mədət Quliyev Şəkidə keçirilən idman festivalının iştirakçıları ilə görüşüb

Mədət Quliyev Şəkidə keçirilən idman festivalının iştirakçıları ilə görüşüb

Mədət Quliyev Şəkidə keçirilən idman festivalının iştirakçıları ilə görüşüb Mədət Quliyev Şəkidə keçirilən idman festivalının iştirakçıları ilə görüşüb

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində idman festivalı keçirilib. Yeniyetmə idmançıların iştirakı ilə baş tutan "İdman Festivalı - 2022" adlı kütləvi idman tədbiri noyabrın 14-dən 19-a kimi davam edib.

Azərbaycan Velosiped Federasiyasının (AVF) idmançı və məşqçi heyətinin də iştirak etdiyi festivala 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi qatılıb.

Festivalın son günündə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti cənab Mədət Quliyev Şəki Olimpiya İdman Kompleksində tonqal ətrafında tədbirdə iştirak edən yeniyetmə idmançılarla görüşüb.

AVF prezidenti idmançılarla səmimi söhbətlər aparıb, onların çoxsaylı suallarını cavablandırıb.

Festival iştirakçıları M.Quliyevə səmimi söhbətlərə və geniş informasiya tutumlu məlumatlara görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, kütləvi idman tədbirinin ilk 3 günündə Şəki Olimpiya İdman Kompleksində iştirakçılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər, ustad dərsləri, o cümlədən müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun və digər tədbirlər, həmçinin Şəki şəhərinə ekskursiya təşkil edilib.

Noyabrın 17-dən isə şəhər mərkəzində olimpiya idman növlərinin nümayişinə başlanılıb. Burada peşəkar idmançılar nümunəvi hərəkətlər icra edib, qonaqlar özlərini müxtəlif idman növlərində sınayıblar.

AVF-nin idmançıları velosiped idman növü üçün ayrılmış sahədə xüsusi trenajorlarda məşqlər edib, mütəxəssislər isə ziyarətçilərə bu idman növü haqqında məlumatlar veriblər.

Qonaqlar təhlükəsizlik qaydalarına riayət etməklə məşqçilərin nəzarətində trenajorlarda velosiped sürüblər.

Festival zamanı gənclər və idman naziri Fərid Qayıbov velosipedçilərlə görüşərək, onlarla xatirə şəkli çəkdirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media