logo
Fəxrəddin Altun: "Ankara qlobal ərzaq böhranının qarşısının alınmasında əsas rol oynayıb"

Fəxrəddin Altun: "Ankara qlobal ərzaq böhranının qarşısının alınmasında əsas rol oynayıb"

Fəxrəddin Altun: "Ankara qlobal ərzaq böhranının qarşısının alınmasında əsas rol oynayıb" Fəxrəddin Altun: "Ankara qlobal ərzaq böhranının qarşısının alınmasında əsas rol oynayıb"

Türkiyə regional və qlobal sabitliyə mühüm töhfə verir. 

innews.media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun deyib. 

“Türkiyənin sülh və sabitlik naminə göstərdiyi səylər Rusiya-Ukrayna müharibəsində də öz bəhrəsini verir. Həm Rusiya, həm də Ukrayna liderləri ilə görüşə bilən yeganə lider olan prezidentimiz lap əvvəldən açıq dialoqa, diplomatik yolla (Ukrayna böhranının - red.) həllinə və ədalətli sülhə can atır”, Altun İstanbulda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında (ICAPP) çıxışı zamanı bildirib. 

“Türkiyə və onun prezidentinin etimadı sayəsində ölkəmiz ərazisində Rusiya ilə Ukrayna arasında danışıqlara başlamaq mümkün oldu. Hələlik bu proses yarımçıq görünsə də, biz danışıqlara qayıda biləcəyimizə və davamlı sülhə nail olacağımıza inanırıq”, - deyə o qeyd edib. 

Onun sözlərinə görə, bu gün Türkiyə haqlı olaraq beynəlxalq aləmdə “sabitləşdirici qüvvə” statusu alıb. 

İstanbulda Rusiya Federasiyası, Ukrayna, BMT və Türkiyə arasında bağlanmış “taxıl müqaviləsi”nə toxunan Altun qeyd edib ki, Ankara “qlobal ərzaq böhranının qarşısının alınmasında əsas rol oynayıb”. 

İdarə rəhbəri onu da qeyd edib ki, Ankaranın prinsipial və konstruktiv siyasəti çərçivəsində Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Türkiyənin paytaxtında Amerika və Rusiya kəşfiyyatı rəhbərlərinin görüşü təşkil edib, bu görüşdə regional və qlobal təhlükəsizliyə təhdidlər müzakirə olunub. 

“Kəşfiyyat diplomatiyası”nın parlaq nümunəsi olan bu təşəbbüs Türkiyənin potensialını və “sabitləşdirici gücünü” bir daha nümayiş etdirdi”, - deyə o əlavə edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin