logo
Ceyhun Məmmədov: "Prezident İlham Əliyevin 15 noyabr tarixində Albaniyaya rəsmi səfəri"

Ceyhun Məmmədov: "Prezident İlham Əliyevin 15 noyabr tarixində Albaniyaya rəsmi səfəri"

Ceyhun Məmmədov: "Prezident İlham Əliyevin 15 noyabr tarixində Albaniyaya rəsmi səfəri" Ceyhun Məmmədov: "Prezident İlham Əliyevin 15 noyabr tarixində Albaniyaya rəsmi səfəri"

Noyabrın 15-də Prezident İlham Əliyev Albaniyaya rəsmi səfərində bu görüşün Albaniya-Azərbaycan  əlaqələrinin inkişafına güclü təkan verəcəyini bildirdi. Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Həm işğal dövründə, həm 44 günlük Vətən müharibəsində Albaniya rəsmilərinin bəyanatları təqdir olunandır. 

Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanındığını, TAP və TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsinə toxunaraq Azərbaycan qazına böyük tələbat olduğunun bunun göstəricisi olmasını bildirdi. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Cənub Qaz Dəhlizinin icrasında bu iki ölkə çox önəmli rol oynayıblar. 

Prezident çıxışında gələcəkdə Azərbaycanın qaz təchizatının iki dəfə artırıllacağını, Albaniya ərazisindən keçəcəyini və beləliklə Avropanın enerji təhlükəsizliyinə dəstək verəcəyini bildirdi.

Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Prezident ölkəmizin bu sahədə investor kimi iştirak edə biləcəyini və digər energetika sahələrində də gələcəkdə müzakirələrin aparılacağını qeyd etdi.

Dövlət başçısı Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platformasının olduğunu və Albaniyanın NATO-nun üzvü kimi  Nato-Azərbaycan əlaqələrinə həmişə dəstək verdiyini qeyd etmişdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media