logo
Azərbaycanın çimərlik voleybolu millisi bürünc medal qazandı

Azərbaycanın çimərlik voleybolu millisi bürünc medal qazandı

Azərbaycanın çimərlik voleybolu millisi bürünc medal qazandı Azərbaycanın çimərlik voleybolu millisi bürünc medal qazandı

Latviyanın paytaxtı Riqada keçirilən Baltikyanı ölkələrin açıq çempionatında 20 yaşadək çimərlik voleybolçularının yarışına yekun vurulub.

Azərbaycan yarışda həm qız, həm də oğlan komandaları ilə təmsil olunub. Oğlanların mübarizəsində İbrahim Məmmədov/Muhəmməd Aslanlı cütü 34 komanda arasında üçüncü yeri tutaraq bürünc medal qazanıb. Təmsilçilərimiz üçüncü yer uğrunda oyunda Latviya yığması ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub ediblər.

Qızların yarışında isə 27 komanda arasında mübarizə aparan Səbinə Əlizadə/Leyla Əliyeva cütü turniri 12-ci pillədə başa vurub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media