https://innews.media/uploads/news/2026-08/_innews_aa0faf4aa51059da6ff64ad49_o.jpg
“Tənhalıq məni sıxmır. Çünki mən tək olanda, özüm olanda, özümü yalnız hiss etmirəm. Özümə özümlə çox maraqlıdır”.
Bu sözləri Xalq artisti Aygün Kazımova jurnalist Pərviz Hüseynə müsahibəsində deyib.
Pop Diva “Hansı mahnının Aygün Kazımovadır?” sualına belə cavab verib:
““Mən Aygünəm”, “S.O.S”, “Abra-kadabra”, “Ehtiyacım var” mahnıları Aygün Kazımovadır. Yəni, mənim də hər qadın kimi sevgiyə, qayğıya, eşqə, məhəbbətə ehtiyacım var. “Məclis” mahnısı da Aygün Kazımovadır. Belə çıxır mən elə həmişə özümnən oxuyuram, hə? Mən hamıdan sonra özümlə danışanlardanam”.
Sənətçi “Sizin üçün zirvə haradır?” sualını isə belə cavablandırıb:
“Mənim üçün zirvə elə Aygün Kazımovanın özüdür. Hər dəfə Aygün Kazımova yenilənəndə, növbəti addım atanda o mənim üçün növbəti zirvədir. Mənim gücüm də, enerjim də özümdəndir. Zirvəm də özüməm. Heç kimlə işim yoxdur, söhbət özümlədir”.
Ən son xəbərləri səhifəmizdən də izləyin