https://innews.media/uploads/news/2026-08/_innews_eab2dbe51c758ff4997a54b26_o.jpg
Xalq artisti Aygün Kazımova illər sonra tədbirlərin birində Əməkdar artist Elza Seyidcahana niyə tort verməməyinin səbəbini açıqlayıb.
Pop Diva bu barədə jurnalist Pərviz Hüseynin vloqunda danışıb. O, “Elzaya niyə tort vermədiniz” sualına belə cavab verib:
“Allah rəhmət eləsin, indi açıqlaya bilərəm. İlhamə xanım qoymadı (İlhamə Quliyeva – red.). Dedi, ona tort vermə. Dedim, vay Allah, mən onun sözündən çıxa bilmərəm. Ay qız, niyə şişirdin bu söhbəti? Bilmirsən ki, kim qoymadı? Yoxsa, tort nə olan şeydir ki, canım mənim? Böyük İlhamə xanım idi, bir az da qısqanc idi, deyirdi ki, mənə verilən tortu kiməsə verə bilməzsən. Mən də dedim, baş üstdə. Görürsünüz, indi gülə-gülə, əyləncə ilə yada salırıq. Mənə elə gəlir ki, Elza da bütün bu şeyləri unudub”.
Ən son xəbərləri səhifəmizdən də izləyin