logo
Quba filialının məzunu MİQ imtahanlarında coğrafiya üzrə Respublika birincisi oldu

Quba filialının məzunu MİQ imtahanlarında coğrafiya üzrə Respublika birincisi oldu

Quba filialının məzunu MİQ imtahanlarında coğrafiya üzrə Respublika birincisi oldu Quba filialının məzunu MİQ imtahanlarında coğrafiya üzrə Respublika birincisi oldu

ADPU-nun Quba filialının Tarix və coğrafiya müəllimliyi ixtisasının 2022-ci il məzunu olan Elvin Şükürov 2026-cı il üçün Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında coğrafiya fənni üzrə 96.25 bal toplamaqla Respublika birincisi olub.

Quba fiilialının direktoru professor Yusif Alıyevin təşəbbüsü, Tələbə, məzun və karyera şöbəsinin təşkilatçılığı ilə Elvin Şükürovla filialda görüş baş tutub. 

Görüşü giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev Elvin Şükürovun əldə etdiyi coğrafiya fənni üzrə Respublika birinciliyinin təsadüf olmadığını, əksinə, illərin gərgin əməyinin, əzmkarlığın və filialda verilən keyfiyyətli ali təhsilin məntiqi nəticəsi olduğunu vurğulayıb. Professor çıxışında ADPU-nun Quba filialında tələbələrə hər zaman xüsusi diqqət və qayğı göstərildiyini, onların məhz ilk gündən auditoriyalarda "məzun" və ya sadəcə "tələbə" kimi deyil, bir gənc müəllim kimi qəbul olunduğunu, bu ali missiyanın ruhu ilə yetişdirildiyini, elə də müraciət edildiyini xüsusi vurğulayıb. Professor qeyd edib ki, bu cür parlaq nailiyyətlər həm ali məktəbin professor-müəllim heyətinin gərgin əməyinin, həm də bütövlükdə filialda formalaşan sağlam elmi-pedaqoji mühitin göstəricisidir. O, gənc müəllimə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Çıxış edən Elvin Şükürov qazandığı bu böyük uğura görə ilk növbədə doğma universitetinin müəllimlərinə dərin minnətdarlığını bildirib. O, tələbəlik illərində əldə etdiyi fundamental biliklərin və qayğının imtahanda yüksək nəticə qazanmasında təməl rol oynadığını qeyd edib. Gənc müəllim ən böyük arzusunun məhz yenidən doğma ocağa – ADPU-nun Quba filialına qayıdaraq magistr təhsili almaq və elmi fəaliyyətini burada davam etdirmək olduğunu böyük qürurla dilə gətirib.

Görüşdə digər iştirakçılar da Elvin Şükürovun qazandığı bu möhtəşəm nailiyyətin bütün tələbələr və məzunlar üçün gözəl nümunə olduğunu bildirərək onu ürəkdən təbrik edib, xoş arzularını çatdırıblar. Sonda xatirə fotosu çəkdirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media