logo
Mərkəzi Bankın nümayəndəsi Dünya Bankının Vaşinqtondakı seminarında çıxış edib

Mərkəzi Bankın nümayəndəsi Dünya Bankının Vaşinqtondakı seminarında çıxış edib

Mərkəzi Bankın nümayəndəsi Dünya Bankının Vaşinqtondakı seminarında çıxış edib Mərkəzi Bankın nümayəndəsi Dünya Bankının Vaşinqtondakı seminarında çıxış edib

Mərkəzi Bankın Strateji və əməliyyat risklərinin idarə edilməsi şöbəsinin rəisi Azər Novruzov Dünya Bankı Qrupunun Ehtiyatların Məsləhət və İdarə Edilməsi Tərəfdaşlığı (Reserve Advisory & Management Partnership – RAMP) proqramı çərçivəsində Vaşinqton şəhərində keçirilən “Əməliyyat risklərinin idarə edilməsi: fundamental və praktik yanaşma” mövzusunda beynəlxalq seminarda çıxış edib.

Azər Novruzov Mərkəzi Bankda əməliyyat risklərinin idarə edilməsi sahəsində formalaşdırılmış yanaşmalar, tətbiq olunan risk idarəetmə çərçivəsi və bu istiqamətdə əldə olunan təcrübə barədə təqdimatla çıxış edərək iştirakçılarla fikir mübadiləsi aparıb.

Müxtəlif ölkələrin mərkəzi banklarını, beynəlxalq təşkilatları və maliyyə institutlarını təmsil edən nümayəndələrin iştirak etdiyi seminar əməliyyat risklərinin idarə edilməsi sahəsində nəzəri və praktik biliklərin inkişafı və ölkə təcrübələrinin paylaşılması üçün mühüm platforma rolunu oynayıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media