logo
Mərkəzi Bankda BVF nümayəndə heyəti ilə görüş keçirilib

Mərkəzi Bankda BVF nümayəndə heyəti ilə görüş keçirilib

Mərkəzi Bankda BVF nümayəndə heyəti ilə görüş keçirilib Mərkəzi Bankda BVF nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

"innews media" xəbər verir ki, görüş zamanı ölkədə mövcud makroiqtisadi vəziyyət, bank sektorunun inkişaf meyilləri və perspektivləri, eləcə də BVF missiyası çərçivəsində aparılan qiymətləndirmələrin nəticələri ətrafında müzakirələr aparılıb.

Tərəflər həmçinin Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və gələcək dövr üçün planlaşdırılan təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə maliyyə sektorunda davam edən islahatlar, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər də diqqət mərkəzində olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media