https://innews.media/uploads/news/2026-08/_innews_8d13d31ba73aeab8ee50b688e_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanaraq, nüfuzlu universitetlərdə bakalavr dərəcəsi üzrə təhsili alacaq.
2026/2027-ci tədris ili üçün xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat səviyyəsində 125 nəfərdən 2-si BDU nəzdində “Gənc istedadlar” liseyinin məzunudur.
Onlardan Cabir Abbasov dünyanın nüfuzlu reytinq təşkilatı olan QS-in 2027-ci il nəticələri üzrə 2-ci pillədə qərarlaşan “Imperial College London” universitetində (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı) “Kimya mühəndisliyi”, Suad Məmmədzadə isə TOP-100-lükdəki “Columbia University”də (ABŞ) “Maliyyə iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alacaq.
BDU ailəsi adından Liseyimizin məzunlarını təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq!
Ən son xəbərləri səhifəmizdən də izləyin