logo
Zeki Çelik “Roma”nı “Yuventus”a dəyişdi

Zeki Çelik “Roma”nı “Yuventus”a dəyişdi

Zeki Çelik “Roma”nı “Yuventus”a dəyişdi Zeki Çelik “Roma”nı “Yuventus”a dəyişdi

"Yuventus" Türkiyə millisinin müdafiəçisi Zeki Çeliki transfer edib.

Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu ilə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Zeki Çelik son olaraq 2022-ci ilin yayından çıxış etdiyi "Roma"da oynayıb. Türkiyəli müdafiəçi bu yay müqaviləsinin başa çatması səbəbindən paytaxt təmsilçisindən ayrılıb.

O, ötən mövsüm bütün turnirlərdə 45 matçda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media