logo
Eddie Bueno yeni “Buenos Aires” albomunu təqdim etdi - VİDEO

Eddie Bueno yeni “Buenos Aires” albomunu təqdim etdi - VİDEO

Eddie Bueno yeni “Buenos Aires” albomunu təqdim etdi - VİDEO Eddie Bueno yeni “Buenos Aires” albomunu təqdim etdi - VİDEO

Reper Eddie Bueno “Buenos Aires” adlı yeni albomunu təqdim edib. 2026-cı ilin 1 iyul tarixində yayımlanan albomda həmçinin "Nə olsaydı" adlı trekə çəkilən klip də yer alır. 8 trekdən ibarət albom bütün rəqəmsal musiqi platformalarında onlayndır.

Albomun ilk treki olan "Nə olsaydı" xüsusi klipi ilə diqqət çəkib. Belə ki, klip kinematoqrafik üslubu ilə seçilir və zəngin vizual detalları özündə birləşdirir. Klipdə məşhur “Sonuncu şam yeməyi” əsərinə, eləcə də “Inglourious Basterds” filminə müxtəlif bədii göndərmələr yer alır. Ekran işində tanınmış aktrisa Rumiyyə Ağayeva və aktyor Vüsal Mehrəliyev baş rolları canlandırıblar.

Eddie Bueno albomda “Yeni Ulduz” layihəsinin finalçısı İmran Dadaşov və albomun “beatmaker”i DyRose ilə iki duetə də yer verib. Albomun əsas xüsusiyyətlərindən biri isə hər trekin fərqli janr və musiqi üslubu ilə hazırlanmasıdır.

Layihədə Azərbaycanın milli musiqi aləti olan balabandan və digər musiqi elementləri yaratmaq üçün ud, saksafon, gitara və s. kimi canlı alətlərdən istifadə olunaraq müasir rep üslubu ilə sintez yaradılıb. Azərbaycan repi üçün ənənəvi olmayan musiqi və səslərlə zəngin olan albom gözlənilməz musiqi keçidləri və fərqli aranjimanla diqqət çəkir.

“Nə olsaydı” albomu “UVS Production”da istehsal olunub. Layihənin səs uzlaşması Emin Kərimə (STKHA) məxsusdur, musiqilərin müəllifləri isə DyRose və Eddie Bueno-dur.

“Buenos Aires” albomu müasir rep elementlərini milli musiqi çalarları ilə birləşdirərək Azərbaycan musiqində yeni tərz yaradıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media