logo
Bakının iki küçəsində yol təmiri işləri başa çatıb

Bakının iki küçəsində yol təmiri işləri başa çatıb

Bakının iki küçəsində yol təmiri işləri başa çatıb Bakının iki küçəsində yol təmiri işləri başa çatıb

Paytaxtın Hüseyn Cavid prospekti və Ayna Sultanova küçəsində asfalt örtüyünün yenilənməsi məqsədilə həyata keçirilən yol təmiri işləri yekunlaşıb.

"INNews Media" xəbər verir ki, aparılan işlər çərçivəsində Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək olan hissəsində frezlənmə və yeni asfalt örtüyünün döşənməsi həyata keçirilib.

Bununla yanaşı, Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək olan hissəsində də asfalt örtüyü tam yenilənib.

Yol təmiri işləri vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması, həmçinin yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə icra edilib.

Qeyd edək ki, təmir müddətində qeyd olunan ərazilərdə nəqliyyatın hərəkəti mərhələli şəkildə məhdudlaşdırılmış, sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunmuşdu. Hazırda sözügedən yollarda nəqliyyatın hərəkəti bərpa olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media