logo
Bakıda “Təhlükəsiz mobilliyə doğru” konfransı keçirilib

Bakıda “Təhlükəsiz mobilliyə doğru” konfransı keçirilib

Bakıda “Təhlükəsiz mobilliyə doğru” konfransı keçirilib Bakıda “Təhlükəsiz mobilliyə doğru” konfransı keçirilib

Bakıda “Toyota Qafqaz” və “Avtosfer.az” saytının tərəfdaşlığı ilə “Təhlükəsiz mobilliyə doğru” adlı konfrans keçirilib.

"INNews Media" xəbər verir ki, “Hyatt Regency Baku” hotelində təşkil olunan tədbirdə Dövlət Gömrük Komitəsi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Vergi Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İcbari Sığorta Bürosu və avtomobil sektoru üzrə digər qurumların nümayəndələri iştirak ediblər.

Konfrans çərçivəsində avtomobillərdə təhlükəsizliyin təmin olunması, nəqliyyat vasitələrinin texniki sazlığının əhəmiyyəti, yol hərəkəti təhlükəsizliyinin artırılması və sürücülərin bu sahədə maarifləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Çıxış edən dövlət qurumlarının nümayəndələri və mütəxəssislər regionun xüsusiyyətlərinə uyğun olmayan avtomobil modellərinin istismarı, qeyri-orijinal ehtiyat hissələrinin yaratdığı təhlükələr, eləcə də zəmanətsiz və qeyri-rəsmi satış şəbəkələri vasitəsilə bazara çıxarılan avtomobillərin doğurduğu risklər barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, texniki cəhətdən saz və təhlükəsizlik standartlarına cavab verən nəqliyyat vasitələrinin istismarı yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında əsas amillərdən biridir. Qeyd olunub ki, keyfiyyətsiz ehtiyat hissələrinin istifadəsi və avtomobillərə qeyri-peşəkar müdaxilələr həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

Müzakirələrində qeyri-orijinal ehtiyat hissələrinin bazarda yaratdığı qeyri-sağlam rəqabət, "boz bazar" vasitəsilə satılan avtomobillərin yaratdığı problemlər, texniki nasazlıqların sığorta sektoruna təsiri, eləcə də bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Konfrans iştirakçıların suallarının cavablandırılması və yol hərəkəti təhlükəsizliyinin daha da gücləndirilməsi istiqamətində görüləcək işlər ətrafında müzakirələrlə başa çatıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media