https://innews.media/uploads/news/2026-07/_innews_986ec269e0ef7f5be53588e16_o.jpg
Bu il ölkədə keçirilən məzun gecələrində ən çox səhnə alan kişi müğənnilərdən biri Murad Arif olub.
Sənətçi həm Bakının ən prestijli məkanlarında, həm də ölkənin müxtəlif bölgələrində yerləşən universitetlərin məzun tədbirlərində çıxış edib.
Murad Arif təkcə paytaxtdakı dəbdəbəli tədbirlərdə deyil, eyni zamanda iri arenalarda və region universitetlərinin təşkil etdiyi məzun gecələrində də tələbələrin ən çox dəvət etdiyi ifaçılar sırasında yer alıb.
Sənətçinin ardıcıl konsert proqramları və gənclərin onun repertuarına göstərdiyi maraq, “Hitmaker” kimi tanınan Murad Arifin mahnılarının tələbələr arasında populyarlığını bir daha nümayiş etdirib. Tədbirlərdən yayılan görüntülər də məzunların ifaçının mahnılarını böyük coşqu ilə səsləndirdiyini göstərir.
Ən son xəbərləri səhifəmizdən də izləyin