logo
Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start

Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start

Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü fəxri kürsüyə qalxıb.

Emin Cavadlı (55 kq) finalda ermənistanlı Edqar Petrosyana “tuş”la qalib gələrək Avropa çempionu olub.

Cavidan Nehmətov (77 kq) həlledici görüşdə ermənistanlı Samvel Terteryana (0:4), Orxan Hacıyev (87 kq) isə finalda rusiyalı Mixail Şkarinə (0:10) məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə çıxıb.

Museyi-Kazım Hüseyn (130 kq) bürünc medal görüşündə türkiyəli Üzeyir Bostana ilk xal prinsipinə əsasən (1:1) uduzub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media