logo
Faiq Qarayev: Uğurlu çıxış etsək, Azərbaycan voleybolunda dirçəliş olacaq

Faiq Qarayev: Uğurlu çıxış etsək, Azərbaycan voleybolunda dirçəliş olacaq

Faiq Qarayev: Uğurlu çıxış etsək, Azərbaycan voleybolunda dirçəliş olacaq Faiq Qarayev: Uğurlu çıxış etsək, Azərbaycan voleybolunda dirçəliş olacaq

Qadın voleybolçulardan ibarət millinin baş məşqçisi Faiq Qarayev:

“Tarixlə yaşamaq olmur. Voleybolçularımız bunu çox yaxşı başa düşürlər. Uğurlu çıxış etsək, Azərbaycan voleybolunda dirçəliş olacaq. Məşqçilər heyəti olaraq qızların psixoloji, taktiki və fiziki hazırlığını yüksək səviyyəyə çatdırmalıyıq. Komanda qarşıda ciddi oyunların olduğunu yaxşı dərk edir.

Hazırlıqlar davam edir, Polina Rəhimova da artıq komandaya qoşulub. İdmanda komanda ruhu çox önəmlidir. Məşqlər bundan sonra daha ağır və sərt keçəcək, ona görə də voleybolçular özlərini buna hazırlamalıdırlar.

Hazırlıq çərçivəsində Yunanıstanla üç oyun keçirəcəyik. Latviya yığmasını Azərbaycana dəvət etmişik. Yəqin ki, Belarusla oyunlar da Bakıda baş tutacaq. Hazırlıq müddətində ümumilikdə 9 matç keçirməyi planlaşdırırıq. Görülən işlərin nəticəsidir ki, Azərbaycan millisinin böyük hissəsi yerli voleybolçulardan ibarətdir. Qızların öz vətənlərində oynaması xoşagələn haldır. Əslində bu proses iki il əvvəl başlasaydı, şansımız daha çox olardı.

Əsas məqsədimiz qrupdan yaxşı nəticə ilə çıxmaqdır. Komandamız daha əvvəl güclü rəqiblərlə yaxşı oyun nümayiş etdirib, hazırkı oyunçuların kifayət qədər təcrübəsi var”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media