logo
Şahin Bağırov: Azarkeşlərin dəstəyi komandamız üçün böyük motivasiyadır

Şahin Bağırov: Azarkeşlərin dəstəyi komandamız üçün böyük motivasiyadır

Şahin Bağırov: Azarkeşlərin dəstəyi komandamız üçün böyük motivasiyadır Şahin Bağırov: Azarkeşlərin dəstəyi komandamız üçün böyük motivasiyadır

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatı öncəsi milli komandaya uğurlar arzulayıb və azarkeşləri komandaya dəstək olmağa çağırıb.

O, milli komandanın yarışda uğurlu çıxış edəcəyinə inamını bildirib: “Milli komandamıza Avropa çempionatında uğurlar arzulayıram. İnanıram ki, komandamız yaxşı nəticələr qazanacaq, voleybolçularımız hazırlıq prosesini yüksək səviyyədə davam etdirərək qarşıya qoyulan məqsədlərə çatacaqlar. Azərbaycan idman sahəsində mühüm nailiyyətlər əldə edib. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edərək dövlət bayrağımızı yüksəklərə qaldırıblar. İdmanın inkişafı və yeni uğurların qazanılması üçün federasiya olaraq dəstəyimizi bundan sonra da davam etdirəcəyik. Bütün azarkeşləri və idmansevərləri avqust ayında keçiriləcək Avropa çempionatının oyunlarına dəvət edirəm. Azarkeşlərin dəstəyi komandamız üçün çox vacibdir və böyük motivasiya mənbəyidir. Gəlin, birlikdə milli komandamıza dəstək olaq”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media