logo
Üç güləşçimiz üçün bürünc medal şansı

Üç güləşçimiz üçün bürünc medal şansı

Üç güləşçimiz üçün bürünc medal şansı Üç güləşçimiz üçün bürünc medal şansı

Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı davam edir.

Yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.

Ayxan Cavadov (60 kq) fransalı Maqomed Varayev (5:2) və almaniyalı İvan Zaybelə (8:3) qalib gələrək yarımfinala yüksəlib. Ayxan finalın bir addımlığında belaruslu Rasim İbrahimova 1:3 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Roman Kərimov (67 kq) təsnifat mərhələsində macarıstanlı Petro Jiotovoza 6:10 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Roman sabah təsəlliverici görüşə çıxacaq.

Kamran Rəcəbli (72 kq) debütdə isveçli Alvin Tulinderə müqavimət göstərə bilməyib – 0:9.

Elmin Əliyev (82 kq) finlandiyalı Severi Maeenpaepae (9:0) və yunanıstanlı Vasileyos Semertzidisi (10:0) vaxtından əvvəl xalçadan məyus yola salsa da, yarımfinalda rusiyalı Zaur Beslekoyevlə bacarmayıb (1:5) və ümidini bürünc medala bağlayıb.

Mahir Qurbanlı (97 kq) 1/8 finalda macarıstanlı Vendel Vitaya 2:4 hesabıyla məğlub olub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media