https://innews.media/uploads/news/2026-07/_innews_99c2da7d048df854c744a323d_o.jpg
Azərbaycanın 20 yaşadək qızlardan ibarət basketbol millisi debüt etdiyi Avropa çempionatının B divizionunda ilk qələbəsini əldə edib.
"INNews Media" xəbər verir ki, yığmamız qrup mərhələsinin növbəti oyununda Albaniya seçməsini inamlı oyunla 88:60 hesabı ilə məğlub edib.
Bu qələbə Azərbaycanın U-20 qızlardan ibarət millisinin B divizionunda ilk tarixi uğuru kimi yadda qalıb.
Komandamız qrup mərhələsində son oyununu 6 iyul tarixində keçirəcək. Yığmamız Bakı vaxtı ilə saat 18:45-də Yunanıstan millisi ilə üz-üzə gələcək.
Azərbaycan millisi qrup mərhələsini uğurla başa vurmaq və növbəti mərhələyə yüksəlmək üçün Yunanıstanla qarşılaşmada da müsbət nəticə qazanmağa çalışacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin