https://innews.media/uploads/news/2026-07/_innews_1366d6018bccca661fbcf25ba_o.jpg
Futbol üzrə dünya çempionatı davam edir. Bu gün 1/4 finala start verilib.
İlk oyunda Fransa Mərakeşlə qarşılaşıb. Boston stadionunda keçirilən 1/4 final mərhələsinin matçında avropalılar 2:0 hesablı qələbə qazanıblar.
"Xoruzlar"ın heyətində Kilian Mbappe (60) və Usman Dembele (66) fərqləniblər.
Yarımfinala yüksələn Fransa seçməsi bu raundda İspaniya - Belçika cütünün qalibi ilə üz-üzə gələcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin