logo
"İstedad var, vitrin yoxdur" - Murad Arif müasir musiqi kanalının vacibliyindən danışdı

"İstedad var, vitrin yoxdur" - Murad Arif müasir musiqi kanalının vacibliyindən danışdı

"İstedad var, vitrin yoxdur" - Murad Arif müasir musiqi kanalının vacibliyindən danışdı "İstedad var, vitrin yoxdur" - Murad Arif müasir musiqi kanalının vacibliyindən danışdı

HITMAKER Murad Arif Azərbaycanda müasir pop-musiqi kanalının yaradılmasının vacibliyindən danışıb.

Musavat.com xəbər verir ki, sənətçi Real TV-də yayımlanan "Media masası" verilişinə canlı bağlanaraq fikirlərini bölüşüb.

O bildirib ki, belə bir kanal təkcə ifaçılar üçün deyil, bütövlükdə musiqi sənayesi üçün yeni imkanlar yaradacaq. Murad Arifin sözlərinə görə, rejissor, operator, səs mühəndisi, stilist, xoreoqraf, qrafik dizayner, SMM mütəxəssisi və reklam agentlikləri üçün yeni iş yerləri formalaşacaq, musiqi sektoru isə daha da inkişaf edəcək.

Sənətçi hesab edir ki, müasir musiqi kanalı gənc istedadların tanınması üçün əsas platformaya çevrilə bilər. Onun fikrincə, müsabiqələrdə üzə çıxan, lakin efirdə özünə yer tapa bilməyən gənc ifaçılar formatlı verilişlər və klip saatları vasitəsilə geniş auditoriyaya təqdim olunacaq.

Murad Arif əlavə edib ki, kanal prodüser mərkəzi kimi fəaliyyət göstərərək bəstəkarları, aranjimançıları və prodüserləri bir araya gətirə, yeni layihələrin yaranmasına təkan verə bilər. O, vaxtilə musiqi kanallarında kliplərin intensiv yayımlandığı dövrdə yerli bəstəkarların daha məhsuldar fəaliyyət göstərdiyini də xatırladıb.

Onun sözlərinə görə, belə bir televiziya rok, rep, elektron musiqi və digər alternativ janrların inkişafına da töhfə verəcək, bu istiqamətdə çalışan musiqiçilərin tanınmasına şərait yaradacaq.

Murad Arif hesab edir ki, müasir musiqi kanalı gələcəkdə Avroviziya seçimləri, müxtəlif festivallar, bölgə konsertləri və turnelər üçün də mühüm baza rolunu oynaya bilər. O vurğulayıb ki, bu halda mahnılar, kliplər və konsertlər təsadüfi deyil, planlı rotasiya prinsipi ilə hazırlanacaq və musiqi bazarında daha sistemli inkişaf müşahidə olunacaq.

Sənətçi belə bir kanalın tamaşaçı qazanmayacağı ilə bağlı fikirlərlə razılaşmadığını bildirib. O qeyd edib ki, Azərbaycanda izləyicilər xarici musiqi kanallarını izləyir, musiqi layihələrini isə sosial şəbəkələrdə geniş müzakirə edirlər. Murad Arifin fikrincə, peşəkar format qorunarsa, yerli musiqi kanalı da öz auditoriyasını formalaşdıra bilər.

O, sonda Gürcüstan və Ermənistanda bu formatda televiziya kanallarının uzun illərdir fəaliyyət göstərdiyini də xatırladıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media