logo
“Neftçi” Dünya Qadın Seriyasının reytinqində liderliyə yüksəlib

“Neftçi” Dünya Qadın Seriyasının reytinqində liderliyə yüksəlib

“Neftçi” Dünya Qadın Seriyasının reytinqində liderliyə yüksəlib “Neftçi” Dünya Qadın Seriyasının reytinqində liderliyə yüksəlib

Marseldə keçirilən Dünya Qadın Seriyası mərhələsində çempion olan “Neftçi” klubu beynəlxalq reytinqdə birinci pilləyə yüksəlib.

"INNews Media" xəbər verir ki, Marseldəki uğurlu çıxışdan sonra Bakı təmsilçisinin ümumi xalları 352-yə çatıb və komanda turnirin reytinq cədvəlinin zirvəsində qərarlaşıb.

Hazırda “Neftçi”nin ən yaxın izləyicisi Almaniya millisidir. Almaniya yığmasının aktivində 328 xal var. Üçüncü pillədə isə Monqolustanın “Ulaanbaatar Amazons” klubu qərarlaşıb. Komandanın hesabında 320 xal mövcuddur.

Qeyd edək ki, Marsel mərhələsində qazanılan çempionluq “Neftçi”nin beynəlxalq arenada mövqeyini daha da möhkəmləndirib və klubu Dünya Qadın Seriyasının ən yüksək reytinqli komandası edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media