https://innews.media/uploads/news/2026-07/_innews_cd0d8b177f7b9d33f240b1eb5_o.jpg
3-4 iyul 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Marsel (Fransa) mərhələsinin görüşləri keçirilib. Ölkəmizi bu mərhələdə təmsil edən "Neftçi" qrup lideri kimi 1/4 finala yüksəlib. "Neftçi" 1/4 finalda Uqanda millisinə 18:15, yarımfinalda Fransa seçməsinə 14:10 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb. Finalda güclü Kanada yığması ilə üz-üzə gələn təmsilçimiz, gərgin mübarizənin yekununda 9:15 hesabı ilə qələbə qazanıb və Marsel mərhələsinin çempionu olub.
Turnirin ən dəyərli basketbolçusu (MVP) "Neftçi" klubunun və milli komandamızın üzvü Arika Karter seçilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin