logo
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı öz işinə davam edir

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı öz işinə davam edir

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı öz işinə davam edir İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 27-ci Tərəflər Konfransı öz işinə davam edir

Bu gün konfrans çərçivəsində Uyğunlaşma və Kənd Təsərrüfatı günü keçirilib.

Dayanıqlı transformasiya üçün ərzaq və kənd təsərrüfatı təşəbbüsü çərçivəsində ərzaq təhlükəsizliyi və iqlim dəyişmələri, kənd təsərrüfatı və ərzaq sistemlərində innovativ  alətlər mövzularına həsr olunmuş sessiyalar keçirilib. İqlimi nəzərə alan kənd təsərrüfatının dəstəklənməsi və risklərin aradan qaldırılması məsələləri müzakirə olunub.

Kənd təsərrüfatının su sektorundan asılılığını nəzərə alaraq paralel tədbirlərdə BMT-in Su Konvensiyasının Baş Katibinin iştirakı ilə panel müzakirələr təşkil edilib.

Kəsişən və bir-birindən asılı bu iki istiqamət iqlim dəyişmələrinə  görə su ehtiyatlarının defisiti hiss olunan Azərbaycan üçün də aktualdır.  Buna görə də, uyğunlaşma tədbirlərində sinerjini təmin etmək vacibliyi yaranır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media