https://innews.media/uploads/news/2026-07/_innews_b710e467eee1074b9af72b29b_o.jpg
2 iyul basketbol üzrə kişilərdən ibarət milli komandamız, 2029-cu ildə baş tutacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyununda səfərdə Lüksemburq yığmasına 76:74 hesabı ilə qalib gəlib. Oyunun ən məhsuldar basketbolçusu 19 xalla millimizin üzvü Kamran Məmmədov seçilib.
Qeyd edək ki, bu qələbə millimizin qrupda ikinci qələbəsi olub. Millimiz qrupda sonuncu oyununu 5 iyul saat 17:00-da Bakı İdman Sarayında İrlandiya seçməsinə qarşı keçirəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin