https://innews.media/uploads/news/2026-07/_innews_112e533b2a76a2158c94e74e0_o.jpg
Futbol üzrə dünya çempionatı davam edir.
Mundialın növbəti oyunu Belçika və Seneqal yığmaları arasında keçirilib.
Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin növbəti oyununda avropalılar 3:2 hesablı qələbə qazanıblar.
Əsas vaxtı 2:2 bitən qarşılaşmanın əlavə vaxtında daha bir qol vuran Belçika əzmkar qələbəyə sevinib.
Seneqalın heyətində Habib Diarra (24) və İsmaila Sarr (51) fərqləniblər. Belçika komandasında isə Romelu Lukaku (86) və Yuri Tilemans (89, 120+5-pen) adlarını tabloya yazdırıblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin