https://innews.media/uploads/news/2026-07/_innews_6f6f9f37bef12481480af575b_o.jpg
İyunun 30-da “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi üçüncü oxunuşda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən səsə qoyularaq qəbul olunub.
Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev deputatlar tərəfindən müzakirələr zamanı büdcə gəlirlərinin formalaşması, qeyri-neft sahəsinin inkişafı, büdcə xərclərinin icrası, sosial müdafiə, səhiyyə və digər istiqamətlər üzrə qaldırılan məsələlərə münasibət bildirib və verilmiş sualları cavablandırıb.
Qəbul edilmiş qanuna əsasən, 2025-ci il üzrə icmal büdcənin gəlirləri 48 milyard manat, xərcləri 44,7 milyard manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat, dövlət büdcəsinin xərcləri 38,6 milyard manat, dövlət büdcəsi profisiti 580 milyon manat təşkil edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin